Azərbaycan Radiosunda Bədii Şura yaradılıb

Azərbaycan Radiosunda Bədii Şura yaradılıb
# 17 sentyabr 2019 11:50 (UTC +04:00)

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində Azərbaycan Radiosunda Bədii Şura yaradılıb.

QSC-dən APA-ya bildirilib ki, Bədii Şuranın tərkibi aşağıdakı kimidir:

1. Rəşad Nəsirov - AzTV – nin sədr müavini
2. İlham Rəhimli – “Mədəniyyət” kanalı Proqram direktorunun müavini
3. Eldost Bayramov – Diktor
4. Ələmdar Quluzadə - “Uşaq verilişləri” redaksiyasının baş redaktoru
5. Şəfəq Əlixanlı – “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru
6. Qorxmaz Şıxalıyev - “Səhər” redaksiyasının baş redaktor müavini
7. Rövşən Ramazanlı - “Xəbərlər” redaksiyasının baş redaktor müavini.

Məlumatda bildirilib ki, AzTV-də 8 aydır, TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay 2 dəfə toplanır və müzakirələr aparır. Radioda yaradılan bədii şura da 2 aydan bir toplanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR