Fuad Abbasov: "Azərbaycanın Rusiyadakı səfirliyi mənə sahib çıxdı"

Fuad Abbasov: "Azərbaycanın Rusiyadakı səfirliyi mənə sahib çıxdı"
  • Clock-gray 14:26
  • calendar-gray 02 İyul 2019

"Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşlarına, şəxsən səfir Polad Bülbüloğluna təşəkkür edirəm".

APA-nın xəbərinə görə, bunu jurnalist Fuad Abbasov bu gün təşkil etdiyi mətbuat konfransında deyib.

"Azərbaycanın Rusiyadakı səfirliyi bir vətəndaş olaraq mənə sahib çıxdı", - jurnalist qeyd edib.

F. Abbasov vurğulayıb ki, onun Rusiyaya girişinə 50 illik qadağa qoyulub.

O, Azərbaycanın Ombudsmanı Elmira Süleymanovaya da təşəkkür edib.

Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F. Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib. F. Abbasov iyunun 25-də Azərbaycana deportasiya edilib.

Fərid Mirzəyev

Digər xəbərlər

Arxiv

date