Gəncədə Əsgər ağa Goraninin məzarı ziyarət edilib

Gəncədə Əsgər ağa Goraninin məzarı ziyarət edilib
  • Clock-gray 14:53
  • calendar-gray 22 İyul 2019

22 iyul - Azərbaycan Milli Mətbuat günü münasibətilə Gəncənin “Səbiskar” qəbiristanlığında görkəmli jurnalist və yazıçı Əsgər ağa Goraninin məzarı ziyarət edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, ziyarətə Gəncədə fəaliyyət göstərən mətbuat orqanlarının əməkdaşları qatılıblar.

Qeyd edək ki, Ə. Gorani “Əkinçi” qəzetinin fəal müxbirlərindən biri olub. Qəzetin 17 nömrəsində onun özünün 39 məqaləsi dərc olunub. 

Fuad Nazimoğlu

Digər xəbərlər

Arxiv

date