Dövlət Komitəsi: Jurnalistlərin binasında səyyar qeydiyyat xidməti keçiriləcək

Dövlət Komitəsi: Jurnalistlərin binasında səyyar qeydiyyat xidməti keçiriləcək
# 01 oktyabr 2019 10:49 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2 oktyabr, saat 10:00-da Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstəriləcək.

Bu barədə APA-ya Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanacaq.

“Tədbir oktyabrın 2-si saat 10:00-da Bakı, Yeni Salyan yolunda yerləşən, jurnalistlərə verilən ikinci binanın həyətində baş tutacaq. Tədbirdə iştirak etmək istəyənlər Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilovla (050-235-30-33) əlaqə saxlaya bilərlər”, - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR