Mətbuat Şurası dünya jurnalistlərinə müraciət edəcək

Mətbuat Şurası dünya jurnalistlərinə müraciət edəcək
# 21 may 2019 13:02 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurası mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı müraciət edəcək.


ONA-nın məlumatına görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. O bildirib ki, sabah Mətbuat Şurası dünya jurnalistlərinə mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı müraciət ünvanlayacaq: "Buna səbəb isə Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlum bəyanatıdır".

Qeyd edək ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi mayın 29-da Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə əlaqədar vətəndaşlarına terror təhlükəsinin olması barədə xəbərdarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR