MTRŞ-nın Aparat rəhbəri vəzifəsi üzrə müsahibə elan edilib

MTRŞ-nın Aparat rəhbəri vəzifəsi üzrə müsahibə elan edilib
# 19 sentyabr 2019 11:43 (UTC +04:00)

Milli Televiziya və Radio Şurası (MTRŞ) 2 vakant vəzifənin tutulması üçün müsahibə elan edib.

APA-nın xəbərinə görə, MTRŞ-nın Aparat rəhbəri və Aparatın Hüquq və beynəlxalq əlaqələr şöbəsində məsləhətçi vəzifələri üzrə müsahibə elan edilib.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, müsahibədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə (DİM) müraciət etmək lazımdır.

Qeyd edək ki, MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR