MTRŞ sədri: “Verilişlər keyfiyyətli olsa, Bədii Şuralara ehtiyac olmaz”

MTRŞ sədri: “Verilişlər keyfiyyətli olsa, Bədii Şuralara ehtiyac olmaz”
# 14 noyabr 2019 16:46 (UTC +04:00)

“Dövlət büdcəsindən maliyyələşən televiziyalar reytinq arxasınca qaçmamalıdırlar. Onlar daha çox ictimaiyyətin maraqlarını ödəməlidirlər”.

Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, telekanal və radio rəhbərləri keçirilən görüşlərdə haqlı iradlarla razılaşır və nöqsanları aradan qaldıracaqlarını bildirirlər: “Özəl televiziya və radio kanalları daha çox gəlir əldə etməyə çalışırlar”.

Şura sədri deyib ki, Bədii Şuralar daha çox dövlət büdcəsindən maliyyələşən telekanallarda olur. Özəl telekanallarda Bədii Şuraların yaradılması isə nisbətən tövsiyə xarakterlidir: “Əgər verilişlər keyfiyyətli olacaqsa, heç Bədii Şuralara ehtiyac olmaz. Lakin son dövrlər verilişlərin keyfiyyətinin aşağı olması Bədii Şuraların yaradılmasına gətirib çıxartdı. Bədii Şuraların efirə müəyyən mənada müsbət təsiri hiss olunmaqdadır. Artıq televiziya kanalları da başa düşür ki, verilişlərin keyfiyyəti aşağı olmamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR