Nazirlər Kabinetinin saytında yeniliklər edilib

Nazirlər Kabinetinin saytında yeniliklər edilib
# 16 may 2019 18:23 (UTC +04:00)

Nazirlər Kabineti Aparatının rəsmi internet saytı (www.cabmin.gov.az) daha da təkmilləşdirilərək yenilənib. Belə ki, bu gündən saytın ingilis dili versiyası fəaliyyətə başlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, saytın xarici dillərdə olan versiyaları kütləvi informasiya vasitələrinin, tədqiqatçıların, beynəlxalq təşkilatların, xarici ölkələrin müvafiq qurumlarının istifadəsi məqsədilə yaradılıb. Daha bir yenilik isə video materiallarla bağlıdır. Belə ki, Azərbaycan Prezidentinin Nazirlər Kabinetində keçirdiyi iclaslar, Baş Nazirin və Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı video materialları Nazirlər Kabinetinin yeni yaradılan (AR Nazirlər Kabineti) “Youtube” səhifəsində də izləmək mümkün olacaq.
Hazırda saytda müntəzəm olaraq Baş Nazirin iştirakı ilə keçirilən görüşlər, rəsmi tədbirlər, imzalanmış qərarlar, Nazirlər Kabinetinin iclasları haqqında operativ məlumatlar, tədbirlərdən fotoşəkillər və digər informasiyalar yerləşdirilir. Bütün bunlar haqqında, həmçinin Nazirlər Kabinetinin “Twitter” (@AzerbaijanNK‏) sosial şəbəkəsindəki rəsmi səhifəsindən də məlumat əldə etmək mümkündür. Nazirlər Kabinetinin “Twitter” səhifəsindən 3 dildə - Azərbaycan, rus və ingilis dillərində paylaşımlar edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR