“APA Holding”in prezidenti "ASAN Xidmət"in “Könüllü məşhurlar” layihəsinin qonağı olub

“APA Holding”in prezidenti "ASAN Xidmət"in “Könüllü məşhurlar” layihəsinin qonağı olub
# 20 iyul 2018 08:49 (UTC +04:00)

APA Holding”in prezidenti, əməkdar jurnalist Vüsalə Mahirqızı və ATV kanalının əməkdaşı Sənan Şəfizadə 22 iyul - Milli Mətbuat günü ilə əlaqədar “ASAN Xidmət”in “Könüllü məşhurlar” layihəsində qonaq olublar.

"ASAN Xidmət"in İnformasiya təminatı şöbəsindən APA-ya verilən xəbərə görə, layihə çərçivəsində qonaqlar “Könüllü məşhurlar” ərizə masasında vətəndaşların ərizə və anketlərini doldurublar. Eyni zamanda, onlar növbə aparatında vətəndaşlara növbə verib, hazır sənəd pəncərələrində xidmət göstərib və vətəndaşlardan sorğu götürüblər.

V. Mahirqızı və S. Şəfizadə “Yaşıl ASAN”, “Əsgərə Məktub” layihələrinə dəstəklərini ifadə ediblər. Sonda hər iki qonaq Milli Mətbuat günü və könüllü olaraq vətəndaşlara xidmət və vətəndaş axınının idarə olunması sahələri üzrə fəaliyyət göstərdikləri üçün şəhadətnamə ilə təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR