“İnterfaks-Azərbaycan”a yeni baş direktor təyin olunub

“İnterfaks-Azərbaycan”a yeni baş direktor təyin olunub
# 05 fevral 2018 12:18 (UTC +04:00)

“Interfaks-Azərbaycan” İnformasiya Agentliyinə yeni baş direktor təyin olunub.

APA-nın məlumatına görə, agentliyin yeni baş direktoru bu media orqanında baş redaktor vəzifəsində işləmiş Anar Əzizov təyin edilib.

Anar Əzizov 2003-cü ildən “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyində çalışır.

2015-ci ildə agentliyin baş redaktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, ötən il dekabrın 21-də “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin rəhbəri Aleksandr İvanov 67 yaşında insultdan vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR