"APA Holding"-in prezidenti Penitensiar xidmətin əməkdaşları üçün mətbuatla bağlı mühazirə oxuyub

"APA Holding"-in prezidenti  Penitensiar xidmətin əməkdaşları üçün mətbuatla bağlı mühazirə oxuyub
# 01 avqust 2018 11:46 (UTC +04:00)

Bu gün "APA Holding"-in prezidenti Vüsalə Mahirqızı Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları üçün mətbuatla bağlı mühazirə oxuyub.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Penitensiar xidmətin rəis müavini Məhərrəm Qafarov V. Mahirqızının bu gün oxuyacağı mühazirədə KİV-in fəaliyyəti barədə məlumat verəcəyini nəzərə çatdırıb.

V. Mahirqızı deyib ki, bu tədbir onun üçün də maraqlıdır. "APA Holding"-in rəhbəri

dünyada mətbuatın yaranması, KİV-in funksiyaları, forması barədə geniş məlumat verib.

V. Mahirqızı, həmçinin, yeni media və sosial şəbəkələr barədə də danışıb.

Azərbaycan mediasının tarixi, təsnifatı, inkişaf yolu barədə toplantı iştirakçılarına geniş məlumat verən V. Mahirqızı ölkə mediasının hazırkı durumu, sosial şəbəkələrin Azərbaycan seqmenti ilə bağlı statistik rəqəmləri açıqlayıb və təhlillər aparıb.

Azərbaycanda sosial şəbəkələrdə fəaliyyətin azad olduğunu vurğulayan şirkət rəhbəri sosial şəbəkələrin ictimai rəyin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini də bildirib.

APA Holding” haqqında da məlumat verən V. Mahirqızı dövlət qurumları və media münasibətlərinə toxunub.

Şirkət rəhbəri bildirib ki, informasiyanın dövlət qurumları tərəfindən operativliyinin təmin edilməsi, xüsusilə qapalı müəssisələr üçün mühüm əhəmiyyət kəsb edir.

Hadisələr rəsmi qurumlar tərəfindən operativ və dərhal reaksiya göstərilməsi ictimai rəydə çaşqınlıq, narahatlıq yaranmasının qarşısını alır.

V. Mahirqızı bu sahədə Penitensiar xidmətin media ilə əməkdaşlığının effektlivliyini, mütəmadi olaraq sorğuların cavablandırılmasının müsbət hal olduğunu bildirib

Mühazirə üçün V. Mahirqızına təşəkkür edən Penitensiar xidmətin rəis müavini Məhərrəm Qafarov belə görüşlərin xidmət əməkdaşları üçün faydalı olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR