Azərbaycan beynəlxalq “Vikimedia konfransı”nda təmsil olunub

Azərbaycan beynəlxalq “Vikimedia konfransı”nda təmsil olunub
# 24 aprel 2018 18:57 (UTC +04:00)

Berlində dünyanın 100-dək ölkəsindəki vikimedia təşkilatlarının 300-dən artıq nümayəndəsinin iştirakı ilə “Vikimedia konfransı” adlı beynəlxalq tədbir keçirilib.

APA-nın məlumatına görə, konfransın təşkilatçısı olan Vikimedia Fondu “Vikipediya”, “Vikikitab”, “Vikilüğət”, “Vikimənbə” və digər vikilayihələri idarə edən qeyri-kommersiya təşkilatıdır.

Konfransda Azərbaycan vikimediaçılarını “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin sədri Elgün Atalıyev və təşkilatın fəal üzvü Tərxan Paşazadə təmsil ediblər.

Konfransda vikimedia təşkilatlarının ötən bir ildə rastlaşdıqları problemlər, gördükləri işlər və Vikimedia Fondunun 2030-cu ilə yönəlmiş hədəfləri əsas müzakirə mövzusu olub, həmçinin fəal təşkilatlar öz təcrübələrini digərləri ilə bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR