AZƏRTAC-ın yaranmasından 98 il ötür

AZƏRTAC-ın yaranmasından 98 il ötür
# 01 mart 2018 10:13 (UTC +04:00)

Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyinin yarandığı gündür.

APA-nın məlumatına görə, AZƏRTAC bu gün 7 dildə - Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və Çin dillərində informasiya və 5 dildə videoxəbər yayır. Agentliyin xəbərləri hazırda dünyanın 100-dən çox ölkəsində yayılır.

Dünyanın 45 ölkəsinin milli informasiya agentlikləri ilə əməkdaşlığa və xəbər mübadiləsinə dair müqavilələr imzalanıb, 21 ölkədə müxbir məntəqələri yaradılıb.

AZƏRTAC bu gün dünyanın ən mötəbər iki media qurumuna - Dünya Xəbər Agentlikləri Konqresinə və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) rəhbərlik edir.

APA Holdinq 98 yaşı tamam olan Azərbaycan Dövlət İnformasiya Agentliyini təbrik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR