AZƏRTAC-ın İdarə Heyətinin sədri və müavinlərinin maaşları müəyyənləşib

AZƏRTAC-ın İdarə Heyətinin sədri və müavinlərinin maaşları müəyyənləşib
# 05 mart 2018 11:26 (UTC +04:00)

“Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli fərmanına əsasən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) hüquqi şəxsə çevrilməsi ilə əlaqədar yaradılan İdarə Heyətinin sədri, müavini və üzvlərinin maaşı müəyyənləşib.

APA-nın məlumatına əsasən, “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli fərmanına əsasən AZƏRTAC-ın fəaliyyətinə rəhbərliyi həyata keçirən orqan 5 üzvdən ibarət İdarə Heyətidir.

İdarə Heyətinin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən, digər 2 üzvünün vəzifəyə təyin və vəzifədən azad edilməsi Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin aylıq vəzifə maaşlarının sxemi”ni təsdiq edib. Qərara əsasən, AZƏRTAC İdarə Heyətinin sədrinin aylıq vəzifə maaşı 1665 manat, İdarə Heyəti sədrinin müavininin aylıq vəzifə maaşı 1065 manat, İdarə Heyətinin üzvlərinin aylıq vəzifə maaşı 900 manat olacaq. AZƏRTAC-ın publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədar baş direktor, baş direktorun birinci müavini və baş direktorun müavini vəzifələri ləğv edilib.

Qeyd edək ki, indiyə qədər AZƏRTAC-ın işçilərinin maaşı Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli qərarı ilə tənzimlənib. Bu qərar ləğv edilib. Nazirlər Kabinetinin təsdiqlədiyi yeni “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nə əsasən də AZƏRTAC-da digər vəzifələr və vəzifələrə uyğun işçilərin maaşlarında dəyişiklik olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR