Baş direktor: "İTV-də kadr islahatları aparılacaq"

Baş direktor: "İTV-də kadr islahatları aparılacaq"
# 01 iyun 2018 10:52 (UTC +04:00)

"Müasir Azərbaycana müasir televiziya lazımdır. Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik".

APA-nın xəbərinə görə, bunu İTV-nin yeni seçilmiş baş direktoru Balakişi Qasımov deyib.

Onun sözlərinə görə, telekanalda kadr islahatları gözlənilir: "Lakin çalışmaq istəyən, çalışmağı bacaran insanlar narahat olmasınlar".

B. Qasımov qeyd edib ki, bütün planları həyata keçirmək üçün müəyyən vaxt lazım olacaq: "Ancaq qısa müddətdə tamaşaçıları dəyişiklikləri hiss edəcəklər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR