Hikmət Hacıyev: “Azərbaycanda media sənayesi formalaşıb”

Hikmət Hacıyev: “Azərbaycanda media sənayesi formalaşıb”
# 18 iyul 2018 10:43 (UTC +04:00)

”Azərbaycan mediasını media sənayesi adlandırmaq olar və bu sənaye yalnız Cənubi Qafqazda deyil, regiondan kənarda da strateji resursa çevrilib".

APA-nın yerli bürosunun məlumatına görə, bunu Tbilisidə keçirilən 15-ci "Cənubi Qafqaz media konfransı"nda iştirak edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycanda 5 mindən artıq media resursu fəaliyyət göstərir və bu sahədə minlərlə insan çalışır: "Azərbaycanda media azadlığı tam təmin olunub və medianın inkişafı, azad və sərbəst fəaliyyət göstərməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir".

H. Hacıyev qeyd edib ki, Tbilisidə keçirilən konfrans Azərbaycanın media sahəsində əldə etdiyi qabaqcıl təcrübəni bölüşmək baxımından əlverişli fürsətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR