Jurnalistlərin qurultayının keçirilməsi ilə bağlı Təşkilat Komitəsi məlumat yayıb

Jurnalistlərin qurultayının keçirilməsi ilə bağlı Təşkilat Komitəsi məlumat yayıb
# 07 fevral 2018 15:59 (UTC +04:00)

Azərbaycan jurnalistlərinin VII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi Mətbuat Şurasının İdarə Heyətinin 5 fevral tarixli qərarına əsasən Şuraya üzv təşkilatlara müraciət ünvanlayıb.

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, Şura üzvü olan hər bir təşkilat qurumda təmsilçilik üçün müəyyənləşdirilmiş illik üzvlük haqqını tam həcmdə ödəməlidir.

“Mətbuat Şurasının Nizamnaməsindən irəli gələn bu tələbi yerinə yetirməyən üzvlərin qurultayda iştirak və səsvermə haqqı tanınmayacaq. Mətbuat Şurasına üzvlük gündəlik qəzetlər, informasiya agentlikləri və jurnalist təşkilatları üçün 148,50 manat, həftəlik qəzetlər, jurnallar və informasiya saytları üçün 99 manatdır”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR