Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
# 03 iyul 2018 13:37 (UTC +04:00)

Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Şuradan APA-ya verilən məlumata görə, iclasda müzakirə edilən ilk məsələ “AS Nəqliyyat” MMC-nin direktoru Şuozer Oktayın “Media İnform”un xüsusi müxbiri Xəyyam Qurbanlıya qarşı müraciəti olub.

Müzakirələr zamanı bəlli olub ki, portalın əməkdaşı X. Qurbanlı informasiya əldə etmək istəyərkən qanun pozuntularına yol verib. Komissiya üzvləri tövsiyə ediblər ki, portal əməkdaşları informasiya əldə etmək barədə prinsiplərə hörmətlə yanaşsınlar.

İclasda ƏSMM yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi Abbasova Könül Şahmalı qızının “dogruxeber.az” və bır sıra digər internet saytlarına qarşı şikayəti araşdırılıb. Komissiya üzvləri tərəflərin iddialarında media fəaliyyətindən kənar amillərin üzə çıxdığını müəyyən etdikləri üçün şikayətçiyə tövsiyə ediblər ki, problemin həlli üçün məhkəmə orqanlarına müraciət ünvanlasın.

Şamaxı Dövlət Regional Kollecinin pedaqoji kollektivinin “Rubrika.az” saytına qarşı şikayəti araşdırılarkən vurğulanıb ki, cavabdeh KİV sözügedən kollec barədəki yazısında balans prinsipinə həssas yanaşmalı idi. Eyni zamanda, narazılıq doğuran materialın KİV-dən çıxarıldığı əsas götürülüb və məsələ bitmiş hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR