MTRŞ “Real” TV-ni kabel operatorlarının retranslyasiya etdiyi kanalların siyahısına daxil edib

MTRŞ “Real” TV-ni kabel operatorlarının retranslyasiya etdiyi kanalların siyahısına daxil edib
# 27 mart 2018 09:16 (UTC +04:00)

Milli Televiziya və Radio Şurası (MTRŞ) “Real” TV-ni kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanallarının siyahısına daxil edib.

Bu barədə APA-ya MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

Aparat rəhbəri bildirib ki, bununla da kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanalların sayı 266-ya çatıb.

Qeyd edək ki, martın 5-də MTRŞ-da “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

"Real" TV martın 15-dən “Azərspace-1” peykində yayımlanır.

Telekanalın baş direktoru Mirşahin Ağayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR