MTRŞ: Xəbərdarlıqdan sonra “Avto FM”də dəyişikliklər hiss olunur

MTRŞ: Xəbərdarlıqdan sonra “Avto FM”də dəyişikliklər hiss olunur
# 23 fevral 2018 09:45 (UTC +04:00)

““Avto FM”ə (107.7) xəbərdarlıq edildikdən sonra radioda müəyyən müsbət dəyişikliklər hiss olunur”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Şöbə müdirinin sözlərinə görə, “Avto FM”-də radionun profilinə uyğun bəzi veriliş və rubrikalar yaradılıb: “Əvvəlki dövrdə radionun efirində yerli musiqilərə demək olar yer verilmirdisə, hazırda efirdə 1 saata qədər yerli musiqilər yayımlanır”.

Qeyd edək ki, MTRŞ-nin monitorinqləri zamanı “Avto FM” radiosunun ixtisaslaşmış radio yayımçısı kimi yayım konsepsiyasına uyğun olmayan formada fəaliyyət göstərdiyi aşkarlanıb. Məsələ ilə bağlı MTRŞ sədri Nuşirəvan Məhərrəmli tərəfindən “Avto FM”ə şifahi şəkildə ciddi xəbərdarlıq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR