Publika.az və Teleqraf.com saytlarının 6 yaşı tamam olur

Publika.az və Teleqraf.com saytlarının 6 yaşı tamam olur
# 01 mart 2018 10:03 (UTC +04:00)

Bu gün "Gündəlik Teleqraf" MMC-yə daxil olan Publika.az və Teleqraf.com saytlarının 6 yaşı tamam olur.

APA-nın məlumatına görə, xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, həmçinin, oxucunu maraqlandıran layihələr yer alan Publika.az 2012-ci ilin martın 1-də sayt kimi fəaliyyətə başlayıb.

Portal özündə bir neçə saytı və bölməni birləşdirir. Publika.az-ın əsas hədəfi siyasətdən tutmuş, şou-biznesə qədər bütün sahələri əhatə etmək və hər kateqoriyadan olan oxucuları məlumatlandırmaqdır.

"Teleqraf" saytı isə gündəlik qəzet kimi fəaliyyətə başlayıb. Sayt siyasət, dünya, iqtisadiyyat, yazarlar, müsahibə, simsiz, toplum, kriminal, art, idman, maqazin kimi bölmələrə uyğun xəbərlər istehsal edir.

APA Holdinq bu münasibətlə həmkarlarını təbrik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR