Jurnalistlər üçün üçüncü binanın təhvil veriləcəyi tarix açıqlanıb

Jurnalistlər üçün üçüncü binanın təhvil veriləcəyi tarix açıqlanıb
# 18 iyul 2018 09:47 (UTC +04:00)

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlər üçün tikilən üçüncü binanın istifadəyə veriləcəyi tarixi açıqlayıb.

APA-nın xəbərinə görə, V.Səfərli bildirib ki, bina 2020-ci ildə təhvil veriləcək.

“Hazırda binada tikinti işləri sürətlə gedir. Binanın üçüncü mərtəbəsi tamamlanmaq üzrədir”, - deyə V.Səfərli qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR