Mətbuatın inkişafına yardımla bağlı yekun təkliflər müzakirəyə çıxarılacaq

Mətbuatın inkişafına yardımla bağlı yekun təkliflər yaxın günlərdə müzakirəyə çıxarılacaq. APA-nın məlumatına görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. Onun sözlərinə görə, müəyyən bir qrup mətbuatın inkişafına nail olmaq üçün ayrıca qanun layihəsinin hazırlanmasını, digər qrup isə bu işin dövlət proqramı formasında həyata keçilməsini təklif etdiyini deyib: “Yekun nəticə son müzakirələr zamanı qəbul ediləcək. Bundan sonra müvafiq qurumlara müraciət göndəriləcək”. /APA/
Media

MEDİA çap və onlayn mətbuat üçün müsabiqə elan edib
