Mirzə Sakitin səhhəti pisləşib

Bu barədə Mirzə Sakitin Hüquqlarını Müdafiə Komitəsinə onun həyat yoldaşı Rəna Zahidova xəbər verib. Komitədən APA-ya bildirilib ki, martın 20-də həbsxanada olan R. Zahidovanın sözlərinə görə, həbsxanada verilən qidanın keyfiyyətsizliyi ucbat;ndan Mirzə Sakitdə mədə xorasının əlamətləri yaranmağa başlayıb. Həmçinin onun ürək ağrıları artıb, qan dövranı pozulub. R. Zahidova onu da deyib ki, səhhətinin kəskin pisləşməsinə baxmayaraq, yoldaşı həbsxana xəstəxanasına köçürülmür.
Qeyd edək ki, Mirzə Sakit 23 iyun 2006-cı ildə həbs edilib. O, 3 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Qərardan Ali Məhkəməyə kassasiya şikayəti verilib. /APA/

Media

MEDİA çap və onlayn mətbuat üçün müsabiqə elan edib