Əflatun Amaşov: “Mətbuat Şurası həbsdə olan jurnalistlərin azadlığa buraxılması üçün Əfv Komissiyasına müraciət etməyi lazım bilmədi”

Bu barədə APA-ya açıqlamasında MŞ sədri Əflatun Amaşov bildirib. Ə. Amaşovun sözlərinə görə, sonuncu əfv fərmanı imzalanmazdan əvvəl MŞ İdarə Heyətinin üzvləri toplaşaraq məsələni müzakirə ediblər. Müzakirələr zamanı belə qərara gəlinib ki, hazırda həbsdə olan jurnalistlər xidməti vəzifələrini yerinə yetirdiyinə görə deyil, digər səbəblərdən həbsdə olduqlarından onların azadlığa buraxılması üçün MŞ deyil, qohumları tərəfindən müraciət olunsa, daha məqsədəuyğun olar. Ə.Amaşov, həmçinin MŞ-nın həbsdə olan “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitlə bağlı da müraciət etməsinə əsas görmədiyini deyib. Şura sədrinin sözlərinə görə, M. Sakitin azadlığa buraxılması üçün şura artıq bir dəfə Əfv Komissiyasında müraciət etdiyindən, müraciətin təkrarlamasına ehtiyac duyulmayıb. /APA/
Media

MEDİA çap və onlayn mətbuat üçün müsabiqə elan edib
