Mikloş Haraşti “ATƏT regionunda kütləvi informasiya vasitələrinin qeydiyyatı: müşahidələr və tövsiyyələr” hesabatını açıqlayıb

ATƏT-in söz və mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti “ATƏT regionunda kütləvi informasiya vasitələrinin qeydiyyatı: müşahidələr və tövsiyyələr” adlı ikinci xüsusi hesabatını açıqlayıb. ATƏT-in Vyanadakı mərkəzi ofisindən APA-ya verilən məlumata görə, hesabat ATƏT Daimi Komitəsinin iclasına təqdim olunub. Haraşti öz hesabatında ATƏT-ə üzv dövlətlərdə kütləvi informasiya vasitələrinin qeydiyyatı prosedurasının son dərəcə sadələşdirilməli olduğun deyib. “”Dövlətin kütləvi informasiya vasitələrinin yaradılmasına qərar verməsinə yönəlik istənilən proseduralar ləğv edilməlidir”. Hesabatda bəzi dövlətlərin qeydiyyat məsələsindən müstəqil kütləvi informasiya vasitələrini nəzarətdə saxlamaq üçün istifadə olunduğu faktları öz əksini tapıb. Müəllif hazırladığı sənəddə “məlumatlandırmaq”, “qeydiyyat”, “lisenziyalaşdırma” anlayışlarının dəqiq izahını verib. Hesabatda Azərbaycanla bağlı məqamlar da öz əksini tapıb, Mikloş Haraşti ölkəmizdə bu sahədə müsbət məqamlardan biri kim KİV təsis olunması prosedurunun sadələşdirildiyini qeyd edib. /APA/
Media

MEDİA çap və onlayn mətbuat üçün müsabiqə elan edib
