Gəncədə “Gəncliyin səsi” adlı qəzet çıxacaq
30 mart 2007 12:01 (UTC +04:00)
Gəncə Gənclər və İdman İdarəsi yeni qəzet təsis etməyi planlaşdırır. Bu barədə APA-nın qərb bürosuna idarənin rəisi Möhsün Hüseynov məlumat verib. Onun sözlərinə görə, yeni mətbu orqanın adı “Gəncliyin səsi” olacaq. Qəzet Gəncə gənclərinin həyatını, onların müvəffəqiyyət və nailiyyətlərini, həmçinin qarşılaşdıqları problemləri işıqlandırmaqla yanaşı, ölkə başçısı İlham Əliyevin dəstəklədiyi gənclər siyasətini təbliğ etməkdən ibarət olacaq. M. Hüseynov onu da əlavə edib ki, qəzet ayda bir dəfə olmaqla nəfis tərtibatda işıq üzü görəcək: “Hələlik qəzetin təsis edilməsi və Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi prosesi gedir. Ümidvaram ki, yaxın vaxtlarda bütün məsələlər öz həllini tapacaq və Gəncə gənclərinin öz qəzeti olacaq. /APA/
Media
Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması ilə bağlı əsassız məlumat yayan iki nəfər müəyyən edilib
17:33
8 aprel 2024
Azərbaycanda yeni radio yayıma başlayır
17:20
5 aprel 2024
TikTok-da şəhidlərimizin olması barədə saxta xəbərlərlə əlaqədar müvafiq tədbirlər görülür
10:45
31 mart 2024
Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçiriləcək
17:47
29 mart 2024