Mətbuat Şurası Azərbaycanda mətbuatın inkişafına dövlət qayğısını nəzərdə tutan qanun layihəsi hazırlayıb

Mətbuat Şurası Azərbaycanda mətbuatın inkişafına dövlət qayğısını nəzərdə tutan qanun layihəsi hazırlayıb
# 04 aprel 2007 13:19 (UTC +04:00)
Mətbuat Şurası (MŞ) Azərbaycanda mətbuatın inkişafına dövlət qayğısını nəzərdə tutan qanun layihəsi hazırlayıb. Bu barədə APA-ya açıqlamasında MŞ-nın sədri Əflatun Amaşov məlumat verib. Onun sözlərinə görə, 10 maddədən ibarət qanun layihəsində 2012-ci ilin sonuna qədər KİV-lərə büdcədən maliyyələşmə, güzəştli kreditlər, xidmətin minimum tariflərlə göstərilməsi və digər məsələlərlə bağlı dövlət qayğısının göstərilməsi nəzərdə tutulub. Qanun qəbul edilərsə, siyasi yönündən asılı olmayaraq, ictimai rəyə təsir edə bilən bütün yazılı mətbuat orqanları bu imkandan yararlana biləcək. Ə. Amaşov deyib ki, qanun layihəsi aprelin 6-da sonuncu dəfə müzakirə olunaraq müvafiq qurumlara təqdim ediləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR