“Azərmətbuatyayım” firması 10 faizdən az satışı olan qəzetlərlə müqaviləni dayandıracaq

“Azərmətbuatyayım” firması 10 faizdən az satışı olan qəzetlərlə müqaviləni dayandıracaq
# 06 aprel 2007 13:46 (UTC +04:00)
“Yeni nəşr olunan qəzetlərin satışı ilə bağlı “Azərmətbuatyayım” firması 3 aylıq sınaq müddəti müəyyənləşdirib. Bu müddətdə qəzetlərin satış faizi minimum olarsa, o zaman müqavilə dayandırılacaq və firma həmin qəzetin satışını həyata keçirməyəcək”. APA-nın məlumatına görə, bu barədə “Azərmətbuatyayım” firmasının rəhbəri Vüqar Səfərov Mətbuat Şurasının təşkil etdiyi dəyirmi masada bildirib. Onun sözlərinə görə, müqavilə bağlanarkən qəzet rəhbərliyi qəzetin 20 faizinin satışından əldə ediləcək gəliri əvvəlcədən firmaya ödəməlidir. Bundan sonra isə üç ay müddətində firma satılan qəzetlərin pulunu 100 faiz redaksiyaya qaytaracaq. V. Səfərovun sözlərinə görə, elə qəzetlər var ki, onların satışı sıfır faizdir və bu qəzetlərin firmaya verilməsi, rayonlara daşınması, uçotunun aparılması gərəksizdir: “Biz belə qəzetlərlə bağlı araşdırmalar aparacağıq və 10 faizdən az satışı olan qəzetlərlə müqaviləni dayandıracağıq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR