Mətbuat Şurası redaksiyalarda jurnalistlərlə əmək müqaviləsinin bağlanıb-bağlanmadığını yoxlayacaq

Mətbuat Şurası redaksiyalarda jurnalistlərlə əmək müqaviləsinin bağlanıb-bağlanmadığını yoxlayacaq
# 06 aprel 2007 15:13 (UTC +04:00)
“Ayrı-ayrı redaksiyalarda əmək müqaviləsinin bağlanmasını tələb edən çoxsaylı jurnalistlər işdən çıxarılıblar. Onların öz hüquqlarını tələb etməsi redaksiya rəhbərliyinin xoşuna gəlməyib”. APA-nın məlumatına görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Jurnalistlərlə redaksiyalar arasında əmək müqavilələrinin bağlanmasının geniş yayılmadığını deyən Ə. Amaşov cəmi 15 faiz jurnalistin bu hüquqdan istifadə edə bildiyini qeyd edib. Onun sözlərinə görə, Mətbuat Şurası bununla bağlı redaksiyalarda monitorinq aparacaq: “Belə getsə, Azərbaycandakı jurnalistlərin böyük əksəriyyəti təqaüdə çıxa bilməyəcək. Əmək müqaviləsi qanunvericiliklə tənzimlənir və bu, daha çox jurnalistlərin özlərindən asılıdır. Hətta bizdə çoxlu faktlar var ki, bir çox jurnalistlər öz əmək haqlarını ala bilmirlər. Bunun səbəblərindən biri də əmək müqaviləsinin olmamasıdır. Digər tərəfdən, biz bəzən sübut edə bilmirik ki, jurnalistlər dedikləri redaksiyada işləyiblər, ya yox. Çünki bir sıra yazılar başqa imza ilə yazıldığından bunu müəyyənləşdirmək olmur. Mənə elə gəlir ki, bizim ilk yardımçımız jurnalistlərin özləri olmalıdır ki, əmək müqavilələrin bağlanması prosesi sürətlənsin”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR