Cəlal Əliyevin “Müxalifət” qəzetinə qarşı iddiasına aprelin 13-də baxılacaq

Bu gün Yasamal Rayon Məhkəməsində millət vəkili, akademik Cəlal Əliyevin “Müxalifət” qəzetinə qarşı xüsusi ittiham qaydasında irəli sürdüyü iddiaya baxılıb. Bu barədə APA-ya “Müxalifət” qəzetinin təmsilçisi Yaşar Ağazadə məlumat verib. Qeyd edək ki, C. Əliyev qəzetin 27 fevral 2007-ci il tarixli sayında “AMAY” - Əliyevlər ailəsinin ticarət nişanı” sərlövhəli yazıya görə xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.1 və 147.2 maddələri üzrə məhkəməyə şikayət edib. Hakim Məlahət Abdulmanafovanın sədrliyi ilə keçirilən prosesə qatılan Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının sədri İbrahim Məmmədli təmsil etdiyi qurumun tərəflərə barışıq təklifini nəzərə çatdırıb. Təklifi dəyərləndirmək üçün proses təxirə salınıb və iclas aprelin 13-nə təyin olunub. /APA/
Media

MEDİA çap və onlayn mətbuat üçün müsabiqə elan edib
