Mətbuatın inkişafı ilə bağlı qanun layihəsi Azərbaycan prezidentinə göndərilib

Mətbuatın inkişafı ilə bağlı qanun layihəsi Azərbaycan prezidentinə göndərilib
# 10 aprel 2007 11:33 (UTC +04:00)
Mətbuat Şurasından APA-ya verilən məlumata görə, müraciətdə ölkədə müstəqillik illərində medianın hüquqi bazasının yaradılması, maddi-texniki problemlərinin həll sahəsində bir sıra önəmli işlər görüldüyü vurğulanıb, eyni zamanda həlli vacib problemlərin qaldığına da diqqət yönəldilib. Qeyd olunub ki, milli mətbuatımızın elə problemləri var ki, dövlət qayğısı olmadan onların həlli mümkün deyil və bu, ilk növbədə, kütləvi informasiya vasitələrinin maddi durumuna aiddir: “Onun həllinə yardım KİV-lərimizin müstəqilləşməsini, fəaliyyətlərində ictimai fikri narazı salan bir sıra mühüm məqamların tənzimləməsini sürətləndirə bilər”.
Prezidentin diqqətinə çatdırılır ki, Azərbaycan jurnalistlərinin IV qurultayında bu məsələ geniş müzakirə olunub, Ali Məclisin qətnaməsində mətbuatın inkişafı ilə bağlı sənəd hazırlanaraq ölkə rəhbərliyinə ünvanlanması qərara alınıb: “Qurultaydan sonra tanınmış jurnalistlər, iqtisadçılar, hüquqşünaslar qanun layihəsinin işlənməsinə cəlb olunub. Sənəddə KİV-ə göstərilən dəstəyin formaları, o cümlədən büdcədən maliyyələşdirmə, tarif və vergi tənzimlənməsi, texniki və təşkilati dəstək, seçimin şəffaflığının və ümumi nəzarətin şərtləri əks etdirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR