Sərdar Cəlaloğlunun “Milli yol” qəzetinə qarşı qaldırdığı iddia ilə bağlı bu günə təyin olunmuş məhkəmə iclası baş tutmayıb

Sərdar Cəlaloğlunun “Milli yol” qəzetinə qarşı qaldırdığı iddia ilə bağlı bu günə təyin olunmuş məhkəmə iclası baş tutmayıb
# 10 aprel 2007 14:45 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlunun “Milli yol” qəzetinə qarşı Səbayel Rayon Məhkəməsində qaldırdığı iddia ilə bağlı bu günə təyin olunmuş məhkəmə iclası baş tutmayıb. Bu barədə APA-ya S.Cəlaloğlu məlumat verib. Məhkəmə iclasında iştirak etdiyini bildirən S. Cəlaloğlunun sözlərinə görə, hakim Alim Namazovun sədrliyi ilə keçiriləcək iclasa qəzet rəhbərliyi qatılmadığı üçün təxirə salınıb. Növbəti iclas aprelin 13-nə təyin olunub.
Qeyd edək ki, “Milli yol” qəzetinin 22 fevral 2007-ci il tarixli sayında “Sərdar Cəlaloğlu hakimiyyətdən ilk qonorarını aldı” başlıqlı yazıda S. Cəlaloğlu ona qarşı böhtan atıldığını bildirib. Məhkəməyə iki iddia ərizəsi təqdim edən S. Cəlaloğlu şərəf və ləyaqətinin təhqir olunduğunu qeyd edib, qəzetin yazı ilə bağlı təkzib verməsini və ondan üzr istəməsini tələb edib. Digər ərizədə isə o, xüsusi ittiham qaydasında işin araşdırılmasını və cinayət işinin açılmasını istəyib. Yazıda S. Cəlaloğlunun dövlət məmurlarından 300 min dollar pul aldığı iddia olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR