“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin kollektivi aksiyalar keçirəcək

“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin kollektivi aksiyalar keçirəcək
# 10 aprel 2007 15:59 (UTC +04:00)
“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin kollektivi bir neçə mətbuat orqanının əməkdaşları ilə birgə aprelin 17-də saat 15.00-da Sabir bağında piket keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Bu barədə APA-ya “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu məlumat verib. O, bu aksiyanı bir qrup qəzet redaktorunun qəbul etdiyi qərara uyğun olaraq keçirəcəklərini söyləyib. Piketdə Xocalı faciəsi ilə bağlı səsləndirilən ittihamlara, Elmar Hüseynovun qatillərinin tapılmamasına və s problemlərə etiraz olunacaq.
Gələn həftə isə “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin əməkdaşları Bakıdakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəcəklər./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR