Ordubadda “El Həyatı” qəzetinin 75 illik yubileyi qeyd olunub

Ordubadda “El Həyatı” qəzetinin 75 illik yubileyi qeyd olunub
# 16 aprel 2007 17:25 (UTC +04:00)
Ordubad rayonunda “El Həyatı” qəzetinin 75 illik yubileyi qeyd olunub. APA-nın Naxçıvan bürosunun məlumatına görə, tədbir iştirakçıları öncə Heydər Əliyevin rayon mərkəzində ucalan büstünü ziyarət edib, “El həyatı-75” adlı sərgi ilə tanış olublar. Ordubad Rayon İcra Hakimiyyətində davam edən tədbirdə qəzetin baş redaktoru Vaqif Qəmbərov son illər KİV-ə göstərilən dövlət qayğısından danışaraq “El həyatı”nın keçdiyi inkişaf yolundan danışıb, qəzetin tirajının 200-dən 900-ə çatdığını, əməkdaşlar üçün lazımi iş şəraitinin yaradıldığını bildirib. Sonra Naxçıvan MR Ali Məclis aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hüseyn Əsgərov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun “El həyatı”nın 75 illik yubileyi münasibətilə qəzetin kollektivinə ünvanladığı təbrik məktubunu oxuyub. Sonda qəzetin əməkdaşlarına pul mükafatları təqdim olunub.
Qeyd edək ki, “El həyatı” 1932-ci ildə yaradılıb. Qəzet müxtəlif dövrlərdə “Ordubad fəhləsi”, “Ordubad işçisi”, “Yeni Ordubad” adı altında fəaliyyət göstərib. “El Həyatı” qəzeti hazırda Ordubad Rayon İcra Hakimiyyətinin orqanı kimi fəaliyyət göstərir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR