Bu gün bir qrup jurnalist Sabir bağında piket keçirməyə cəhd edib

Bu gün bir qrup jurnalist Sabir bağında piket keçirməyə cəhd edib
# 17 aprel 2007 13:49 (UTC +04:00)
Aksiya iştirakçısı, “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu İçəri Şəhərdə piketin qətnaməsini oxumaq məcburiyyətində qalıb. Qətnamədə mətbuata təzyiqlər pislənib, hökumətdən bununla bağlı tədbirlər görülməsi tələb olunub. Piketin qətnaməsində “Diffamasiya haqqında” qanunun tezliklə qəbul edilməsi, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatilləri həbs olunub məhkəmə qarşısına çıxarılması, həbs edilmiş jurnalistlərin azadlığa buraxılması, “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinə təzyiqlərin dayandırılması ilə bağlı tələblər əksini tapıb.
Bakı şəhər baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli isə razılaşdırılmamış piketin qarşısının polis tərəfindən alındığını söyləyib. Onun sözlərinə görə, qarşıdurma yaranmadan piketin qarşısı alınıb, aksiya iştirakçılarından saxlanılan olmayıb.
Qeyd edək ki, aksiya “Zerkalo”, “Yeni Müsavat”, “Azadlıq”, “Bizim yol”, “Bakı xəbər”, “Gün-Səhər”, “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetləri, “Qanun” jurnalı, “Turan” agentliyi, “Yeni nəsil” Jurnalistlər Birliyi və Demokratik Jurnalistlər Liqası ilə birgə təşkil edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR