Nuşirəvan Məhərrəmli: “Teleradio yayımı sahəsində mövcud olan qeyri-müəyyənliklər aradan qalxmalıdır”

Nuşirəvan Məhərrəmli: “Teleradio yayımı sahəsində mövcud olan qeyri-müəyyənliklər aradan qalxmalıdır”
# 17 aprel 2007 15:30 (UTC +04:00)
Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmlı məlumat verib. Onun sözlərinə görə, MTRŞ öz səlahiyyəti çərçivəsində yaranmış vəziyyətə izahat verəcək. Gözlənilən müzakirələr zamanı ANS-lə bağlı hansı qərarın qəbul olunacağı bəlli olmasa da, MTRŞ sədri bildirib ki, teleradio yayımı sahəsində bu kimi hallarla əlaqədar mövcud olan qeyri-müəyyənliklər aradan qalxmalıdır: “Qanunvericilikdə açıq göstərilməlidir ki, tender elan olunarkən müsabiqədə neçə nəfərdən artıq şəxs iştirak etməyibsə, Milli Televiziya və Radio Şurası hansı qərarı verməlidir. Biz hələ 4 ay bundan əvvəl qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı Prezident Aparatına məktubla müraciət etmişdik. Bizə məktubla bildirilib ki, müvafiq nazirliklərlə razılaşdırılan son variantı Milli Məclisə təqdim edirik. Hesab edirəm ki, bu, çox ciddi məsələdir və teleradio yayımı sahəsində mövcud olan qeyri-müəyyənliklər aradan qalxmalıdır”. Qeyd edək ki, ANS telekanalının tezliyi üzrə iki dəfə tender elan edilsə də, tenderə şirkətin özündən başqa heç kim qatılmayıb. MTRŞ-nin bu gün keçirilən toplantısında ölkədə kabel televiziyasının inkişafı ilə bağlı məsələ də müzakirə edilib. N. Məhərrəmlinin sözlərinə görə, qurum çox aşağı qiymətdə kabel televiziyalarının bütün Azərbaycan əhalisinə xidmət göstərməsinə, ölkənin hər yerində yayımlanmasına tərəfdardır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR