Mətbuat Şurasının sədri Əflatun Amaşov: “Jurnalistlərin keçirdiyi aksiya normal atmosferdə başa çatıb”

Mətbuat Şurasının sədri Əflatun Amaşov: “Jurnalistlərin keçirdiyi aksiya normal atmosferdə başa çatıb”
# 17 aprel 2007 16:33 (UTC +04:00)
“Mən həmişə media ilə bağlı məsələlərin danışıqlar yolu ilə müzakirəsinin tərəfdarı olmuşam. Ancaq bu gün jurnalistlərin keçirdiyi aksiya da normal atmosferdə başa çatıb. Piketi Mətbuat Şurasının nümayəndələri də izləyib”. Bu sözləri APA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Şura sədri bildirib ki, Azərbaycan mətbuatının problemləri çoxdur, onların həll edilməsi üçün rəhbərlik etdiyi qurum bir sıra sənədlər üzərində işləyir: “Bu günlərdə ölkə rəhbərliyinə mətbuata dövlət qayğısının göstərilməsini nəzərdə tutan qanun layihəsi təqdim etmişik”. Ə. Amaşov Elmar Hüseynovun qatillərinin tapılıb cəzalandırılmasında israr etdiklərini, Eynulla Fətullayevin müdafiəsi ilə bağlı məsələnin jurnalistlərlə birlikdə müzakirə olunmasına tərəfdar olduğunu da deyib: “Biz hələlik bu məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə göndərdiyimiz məktuba cavab almamışıq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR