“Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu” mövzusunda Bakıda keçirilən konfransda Rumıniya da təmsil olunacaq

“Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu” mövzusunda Bakıda keçirilən konfransda Rumıniya da təmsil olunacaq
# 19 aprel 2007 11:05 (UTC +04:00)
“Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” mövzusunda keçirilən konfransda Rumıniya da təmsil olunacaq. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, aprelin 26-28-də Bakıda keçiriləcək “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” konfransında Rumıniyanı keçmiş prezident İon İliyesku, onun müşaviri İoan Vulpesku və “Andrey Şaquna” Universitetinin rektoru Aurel Papari təmsil edəcək. Nümayəndə heyətinin üzvü A. Papari APA-ya bildirib ki, Azərbaycan ilə Qara dəniz Universitetlər Şəbəkəsi çərçivəsində uzun müddətdir ki, əməkdaşlıq edir və həmin quruma daxil olan digər ölkələr ilə müqayisədə Azərbaycan və Türkiyə tərəfi Rumıniya ilə birgə fəaliyyətə xüsusi maraq göstəriblər: “Bu baxımdan aprelin 27-də baş tutacaq “Təhsil və bəşəri dəyərlər” sessiyasına böyük maraqla yanaşıram və ondan çox şey gözləyirəm”. Onun sözlərinə görə, Bakı konfransı xüsusi əhəmiyyət daşıyır: “Çünki müasir dünyada ictimai rəyin formalaşması prosesini mediasız təsəvvür etmək mümkün deyil”. A. Paparinin fikrincə, Rumıniya və Azərbaycan tarixən mədəniyyətlərin, fərqli dinlərin və dinlərin uzun müddət birbaşa təmasda olduqları bölgələrdə yerləşirlər: “Bu səbəbdən dözümlülük üzrə onların daha zəngin təcrübələri var”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR