ACP lideri Rəsul Quliyevin “Bakı-Xəbər” qəzetində dərc olunmuş müsahibəsi ilə bağlı APA-nın açıqlaması

ACP lideri Rəsul Quliyevin “Bakı-Xəbər” qəzetində dərc olunmuş müsahibəsi ilə bağlı APA-nın açıqlaması
# 21 aprel 2007 08:18 (UTC +04:00)
“525-ci qəzet”, “Azadlıq”, “Gündəlik Azərbaycan”, “Ekspress”, “Yeni Müsavat”, “Bizim yol” və s. qəzetlərdə müsahibə heç bir təhrifə yol verilmədən, olduğu kimi dərc olunub. Lakin R. Quliyevə yaxınlığı ilə tanınan “Bakı-Xəbər” qəzeti APA-nın adından agentliyə məxsus olmayan müsahibə dərc edib. APA bu hadisədən təəssüflənərək, “Bakı-Xəbər” qəzetində dərc olunmuş müsahibənin ona məxsus olmadığını bir daha bəyan edir, həmin müsahibəyə görə məsuliyyət daşımadığını vurğulayır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR