3 May - Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı Azərbaycan jurnalistləri ictimai dinləmələr keçirəcək

3 May - Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı Azərbaycan jurnalistləri ictimai dinləmələr keçirəcək
# 30 aprel 2007 12:41 (UTC +04:00)
3 May - Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı Azərbaycan jurnalistləri ictimai dinləmələr keçirəcək. Bu barədə APA-ya “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu məlumat verib. Onun sözlərinə görə, toplantıda aparıcı mətbuat orqanlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri, siyasi partiyaların liderləri, dövlət qurumlarının təmsilçiləri və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələrinin iştirakı nəzərdə tutulub. Dinləmələrdə son vaxtlar mətbuat orqanlarına qarşı təzyiqlər, ayrı-ayrı jurnalistlərin həbsi, qəzetlərə qarşı məhkəmə hökmləri müzakirə olunacaq. Mayın 3-də keçiriləcək toplantının sonunda sənəd qəbul olunması və müvafiq təşkilatlara təqdim edilməsi nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR