“Çap evi” mətbəəsində baş verən nasazlıq aradan qaldırılır

“Çap evi” mətbəəsində baş verən nasazlıq aradan qaldırılır
# 07 may 2007 13:12 (UTC +04:00)
Dünən “Çap evi” mətbəəsində texniki nasazlıq baş verib və nəticədə “Yeni Müsavat”, “Bakı-Xəbər”, “Milli Yol”, “Vətəndaş Həmrəyliyi”, “Yüksəliş Naminə” qəzetləri bu gün işıq üzü görməyib. “Çap evi”nin təsisçisi Şahbaz Xuduoğlu APA-ya açıqlamasında bildirib ki, mətbəənin elektrik xətlərində gərginliyin artması səbəbindən bəzi avadanlıqlar sıradan çıxıb. Onun sözlərinə görə, gecə saatlarında nasazlığı aradan qaldırmaq mümkün olmadığından qəzetlərin nəşrində problem yaranıb. Ş. Xuduoğlu hazırda bərpa işlərinin görüldüyünü və bu axşam qəzetlərin mətbəədə çap olunacağını deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR