Daxili İşlər Nazirliyi “Şimal xəbərləri” qəzetinin baş redaktoruna hücumla bağlı məlumatlandırılıb

Daxili İşlər Nazirliyi “Şimal xəbərləri” qəzetinin baş redaktoruna hücumla bağlı məlumatlandırılıb
# 07 may 2007 13:12 (UTC +04:00)
Mayın 6-da “Şimal xəbərləri” qəzetinin baş redaktoru Cəmil Məmmədliyə edilən hücum faktı üzrə təhqiqat başlanıb. Xudat polis bölməsinin təhqiqatçısı Namiq Orucov baş redaktordan, Sahib adlı taksi sürücüsündən və ona hücum etməkdə ittiham olunan şəxslərdən izahat alıb. C. Məmmədli APA-nın şimal bürosuna açıqlamasında bildirib ki, mayın 7-də Xudat polis bölməsindən olunan müraciət əsasında Xaçmaz şəhərində məhkəmə-tibb ekspertizasında yoxlamadan keçirilib. Xudat polis bölməsinin rəisi Azər Əliyev isə APA-ya bildirib ki, hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi də məlumatlandırılıb və lazım olan bütün tədbirlər görülür. C. Məmmədliyə hücum edənlərin Xudat şəhərindəki restoranlardan birinin sahibi Gülqız İsrafilovanın oğlanları “Vaska” ləqəbli Rahib və “Rafka” ləqəbli Rafael İsrafilov qardaşları olduğu aşkarlanıb. Hadisənin digər iştirakçıları da dindirilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR