“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və əməkdaşı Yaşar Ağazadə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər

“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və əməkdaşı Yaşar Ağazadə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər
# 16 may 2007 14:25 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim Məlahət Abdulmanafovanın sədrliyi ilə keçirilən prosesdə Cəlal Əliyevin iddiası təmin edilib. Məhkəmə “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirlini və həmin qəzetin əməkdaşı Yaşar Ağazadəni 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Hökm oxunduqdan sonra R. Kəbirli APA-ya eksklüziv açıqlamasında məhkəmənin qərarının ədalətli olmadığını bildirib. Qəzetin müdafiəçisi Rəşid Hacılı da hökmə etiraz edib. C. Əliyevin nümayəndəsi İkram Şirinov isə hökmdən narazı olmadıqlarını söyləyib. R. Kəbirli və Y. Ağazadə 1 saylı Bayıl istintaq təcridxanasına aparılıblar.
Qeyd edək ki, C. Əliyev “Müxalifət” qəzetinin 27 fevral 2007-ci il tarixli sayında “AMAY” - Əliyevlər ailəsinin ticarət nişanı” sərlövhəli yazıya görə xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.1 və 147.2 maddələri üzrə məhkəməyə şikayət etmişdi. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR