“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət edib

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət edib
# 16 may 2007 15:35 (UTC +04:00)
“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət edib. Qəzetdən APA-ya daxil olan məlumata görə, B. Həziyev baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət göndərib. Baş redaktor müraciətində ötən il mayın 18-dən 19-a keçən gecə bir qrup naməlum şəxs tərəfindən fiziki və mənəvi təhqirlərə məruz qaldığını, artıq 10 aydan çoxdur ki, müalicə aldığını söyləyib: “ Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev təqsirkarların tapılıb cəzalandırılması üçün göstəriş verib. Faktla bağlı Abşeron rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaq məni zərərçəkən kimi tanıyıb. Ancaq bu müddət ərzində cinayətkarlar hələ də tapılmayıb. Bu hadisə mənim həyatıma sui-qəsd, daha dəqiq desək, terror aktı sayılmalıdır və belə də qiymət verilməlidir”. İstintaq orqanlarının hadisədən bir il keçməsinə baxmayaraq, hələ də bir nəticə ortaya qoymadıqlarını vurğulayan B. Həziyev prezident İlham Əliyevə və beynəlxalq təşkilatlara yenidən müraciət etmək barədə düşündüyünü vurğulayıb: “Azərbaycanın hüquq-mühafizə orqanlarında bu cinayəti açmağa qadir olan kifayət qədər təcrübəli, peşəkar insanlar var. Ona görə də bu cinayətin açılmaması məndə istintaq orqanları, yaxud onların rəhbərliyində təmsil olunanların bu işdə maraqlı olmadıqları təəəssüratını yaradır”. Baş redaktor istintaq orqanlarının tezliklə nəticə ortaya qoymayacaqları təqdirdə ona qarşı ölümə sui-qəsdin açılmasına məsul olan Daxili İşlər Nazirliyini məhkəməyə verəcəyini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR