Beynəlxalq media təşkilatları Azərbaycanda daha iki jurnalistin həbsini pisləyib

Beynəlxalq media təşkilatları Azərbaycanda daha iki jurnalistin həbsini pisləyib
# 17 may 2007 09:27 (UTC +04:00)
Jurnalistlərin Müdafiəsi Komitəsi (CPJ) Azərbaycan hakimiyyət orqanlarını “Müxalifət” qəzetinin əməkdaşları Rövşən Kəbirli və Yaşar Ağazadə haqqında çıxarılmış azadlıqdan məhrum etmə cəzasını ləğv etməyə çağırıb. Komitənin icraçı direktoru Coel Saymon APA-ya açıqlamasında bildirib ki, mətbuat səhifələrində böhtana görə cinayət məsuliyyətinin nəzərdə tutulması demokratik cəmiyyətlər üçün yolverilməzdir. “Sərhədsiz reportyorlar” beynəlxalq media təşkilatı da “Müxalifət” qəzeti jurnalistlərinin həbsinə etiraz edib. Təşkilatın Avropa və keçmiş sovet respublikaları departamentinin rəhbəri Elza Vidal bildirib ki, Azərbaycanda daha iki jurnalistin həbs olunması onları ciddi narahat edir. O, ölkədə media azadlığı sahəsində vəziyyətin dərhal normallaşdırılmalı olduğunu deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR