Əli Əhmədov “Azadlıq” qəzetindən Mətbuat Şurasına şikayət edib

Əli Əhmədov “Azadlıq” qəzetindən Mətbuat Şurasına şikayət edib
# 17 may 2007 14:33 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov Mətbuat Şurasına müraciət edib. YAP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Əhmədov müraciətində “Azadlıq” qəzetinin mayın 15-də dərc edilmiş sayında “Neft müqavilələrinə görə Əliyevlərə 90 milyon rüşvət verilib” başlıqlı yazıda ölkə prezidentinin şərəf və ləyaqətinin təhqir olunduğunu, onun işgüzar nüfuzuna xələl gətirildiyini, qəzetin 16 may tarixli sayında isə Mirzə Sakitin şerində və Rövşən Hacıbəylinin “Mavi fahişələr” başlıqlı yazısında YAP-ın ayrı-ayrı funksionerlərinin təhqir olunduğunu bildirib. Ə. Əhmədov bu tipli yazıların “KİV haqqında” qanuna və jurnalistlərin peşə etikasına ziddi olduğunu vurğulayaraq MŞ-nin növbəti iclasında həmin yazılarla bağlı müzakirə aparılmasını və “Azadlıq” qəzetinin bu yoldan çəkindirilməsini xahiş edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR