Mətbuat Şurası YAP-ın “Azadlıq” qəzeti ilə bağlı müraciətinə gələn həftə baxacaq

Mətbuat Şurası YAP-ın “Azadlıq” qəzeti ilə bağlı müraciətinə gələn həftə baxacaq
# 19 may 2007 08:54 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədovun “Azadlıq” qəzeti ilə bağlı Mətbuat Şurasına (MŞ) etdiyi müraciətə gələn həftə şuranın Şikayətlər üzrə Komissiyanın iclasında baxılacaq. MŞ sədri Əflatun Amaşovun APA-ya verdiyi məlumata görə, müraciət şuraya daxil olub, hazırda komissiya üzvləri bununla bağlı araşdırmalar aparırlar. Ə. Amaşov komissiyanın iclasına YAP-ın və qəzet nümayəndəsinin dəvət olunacağını bildirib: “Biz şikayətə müəyyən olunmuş qaydalar əsasında baxıb qərar qəbul edəcəyik”.
Qeyd edək ki, Ə. Əhmədov MŞ-yə müraciətində “Azadlıq” qəzetinin bu il mayın 15-də dərc edilmiş sayında “Neft müqavilələrinə görə Əliyevlərə 90 milyon rüşvət verilib” sərlövhəli yazıda ölkə prezidentinin şərəf və ləyaqətinin təhqir olunduğunu, 16 may tarixli sayında isə Mirzə Sakitin şeri və Rövşən Hacıbəylinin “Mavi fahişələr” başlıqlı yazısında YAP-ın ayrı-ayrı funksionerlərinin təhqir olunduğunu bildirərək, qəzeti bu yoldan çəkindirməyi xahiş edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR