“Müxalifət” qəzetinin əməkdaşlarının həbsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti veriləcək

“Müxalifət” qəzetinin əməkdaşlarının həbsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti veriləcək
# 21 may 2007 09:25 (UTC +04:00)
“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadənin millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında irəli sürdüyü iddiaya əsasən 2 il 6 ay müddətinə həbsi ilə bağlı Yasamal rayon Məhkəməsinin 16 may tarixli hökmündən apellyasiya şikayəti veriləcək. Bu barədə APA-ya jurnalistlərin vəkili Aslan İsmayılov bildirib. O, məhkəmənin hökmünü əldə edən kimi, bu addımı atacağını və 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan R. Kəbirli və Y. Ağazadə ilə görüşəcəyini deyib. Vəkil bildirib ki, öz təşəbbüsü ilə R. Kəbirli və Y. Ağazadənin müdafiə prosesinə qoşulub və Yasamal rayon Məhkəməsinin qərarını ədalətsiz sayır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR