Sorğu: Azərbaycan jurnalistlərinin əksəriyyəti prezident İlham Əliyevdən müsahibə almaq istədiyindədirlər

Sorğu: Azərbaycan jurnalistlərinin əksəriyyəti prezident İlham Əliyevdən müsahibə almaq istədiyindədirlər
# 21 may 2007 10:25 (UTC +04:00)
Ölkənin 100 jurnalisti arasında keçirilən sorğuda iştirak edənlərin 35 nəfəri Azərbaycan prezidentindən müsahibə almaq arzusunda olduqlarını bildiriblər. Bunların arasında Elşad Paşasoy (“Yeni Müsavat” qəzeti), Afət Telmanqızı (ANS), İlqar Rəsulov (“Azadlıq” radiosu), Elçin Zaman (“İki Sahil” qəzeti), Rəşad Cəfərli (“Azərbaycan” qəzeti), İlham Quliyev (“Kaspi” qəzeti), Nardar Bayramlı (“Yeni Azərbaycan” qəzeti), Məhbubə Qasımbəyli (APA), Ələkbər Raufoğlu, İlham Tumas, Qalib İbrahimoğlu (“Ekspress” qəzeti), Vüsalə Rafiqızı (“Şərq” qəzeti), İdrak Abbasov (“Ayna” qəzeti),
Anar Cəfərsoy (525-ci qəzet), İxtiyar Əsgərov (APA-Sport), Vazeh Mehdiyev (Bakı-Xəbər), Vidadi Məmmədov (Azadlıq qəzeti), Elman Babyev (Kaspi), Samir Kazımlı (Gündəlik Azərbaycan), Elxan Salahov (Gün səhər), Cavid Şahverdiyev (Həftəiçi), Rəbiqə Nazimqızı (Yeni Azərbaycan), Albina Atlıxanova (Azərtac), Cahangir Məmmədli (BDU-nun jurnalistika fakültəsinin müəllimi), Seymur Verdizadə (Reytinq), Rey Kərimoğlu (müstəqil jurnalist), Elnur Məhərrəmli (Bakı-Xəbər), Vaqif Aydınoğlu və Etibar Məmmədov (ATV), Timur Rzayev (Nedelya), Nadir Azəri (Xəzər), Azər Rəşidoğlu (Zerkalo), Bəxtiyar Sadıqov (“Azərbaycan”), Hüseyn Azəri və Vüsalə Kərimova (İTV)
var. Ölkənin birinci xanımı Mehriban Əliyeva da jurnalistlərin maraq dairəsindədir. “First Lady”dən müsahibə almaq istəyən jurnalistlərin sayı 9-dur. Onların arasında Emil Hüseynli (Trend IA), Natiq Cavadlı (Gündəlik Azərbaycan), Mürtəza Bünyadlı (Em-Pi-Ey), Aqil Aslan (Ekspress), İlhamə İsabalayeva (APA), İlhamə Qasımlı (525-ci qəzet), Azər Hüseynbala (Gündəlik Azərbaycan), Maarif Çingizoğlu (Azadlıq radiosu), Natiq Pənahlı (Zaman) var. Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə müsahibəyə maraq göstərənlərin də sayı xeyli çoxdur. Ölkənin tanınmış mətbuat orqanlarının 6 əməkdaşı məhz R. Mehdiyevlə müsahibəyə maraq göstərir: “Kamil Həmzəoğlu (525-ci qəzet), Aidə Sultanova (Azərpress), Rəna Bəndəliyeva (Anadolu Agentliyi), Elşən Şirinov (Azadlıq qəzeti), Elçin Rüstəmli (Bizim yol), Kamal Sarıcalı (Reytinq). Digər dövlət məmurlarından Ramiz Mikayıloğlu (Xalq Cəbhəsi) Arif Qaraşov, Rəşad Baxşəliyev və Nəsimi Cəfərov (Şərq) Murtuz Ələsgərov, Xətai Əzizov (Azərtac) Kəmaləddin Heydərov, Emil Quliyev (day.az) Nərgiz Paşayeva, İmdad Əlizadə ( Trend İA) Vaqif Axundov, Anar Əzizov (İnterfaks) Samir Şərifov, Alim Hüseynli (Olaylar) və Pərviz Həşimli (Bizim yol) Oqtay Əsədov, Nəcəf Həsənov (STV) Namiq Abbasov, Cəsur Sümərinli (Ayna), Nicat Nəsirli (STV) Səfər Əbiyev, Zaur İbrahimli (Ayna) Artur Rasizadə, Arzu Abdulla (Bizim yol) Misir Mərdanov, Oqtay Əsədov, Nail Rəhimzadə (İki sahil) Məleykə Abbaszadə, Qurban Yaquboğlu (Gün-səhər), Səxavət Həmidli ( Mərkəz) Cəlal Əliyev, Təranə Kazımova (Turan İA) Eldar Mahmudov, Fəridə Rzayeva (Azərpress) Elmar Məmmədyarov, Hacı Zamin (Yeni Müsavat) Bəylər Əyyubov, Mais Hacıyev (Bakinski Raboçi), Nigar Abdullayeva (Palitra) Hüseynqulu Bağırov, Rəşad Məmmədov və Bəhram İsmayılov (Kaspiy) Heydər Babayev, Anar Miriyev (Palitra) Hacıbala Abutalıbov, Tamilla Sencablı (Nedelya) Bahar Muradova”. Müxalifətçilərdən də müsahibə almaq istəyənlər var. Onların arasında Laçın Sultanova (APA) Lalə Şövkət, Xəyal Babayev, Sücəddin Şərifov (Azadlıq qəzeti) Əli Kərimli, Akif Nəsirli (Paralel) Eldar Namazov, Tahir Abbaslı (Paralel) İsa Qəmbərdən müsahibə almaq istəyindədirlər. Həbsdə və müxtəlif səs-küylü cinayətlərdə adı hallanmış şəxslər də jurnalistlərin diqqətindədir: Sevinc Telmanqızı (Yeni Müsavat) Tahir Xubanov, Elşad Məmmədli (Yeni Müsavat) və Elşən Balaxanlı (Gündəlik Azərbaycan) Hacı Məmmədov, Vüsalə Hüseynova (Mərkəz) Əli İnsanovdan müsahibə almaq istəklərini bildiriblər. Ədəbiyyatçılar arasında isə jurnalistlərin daha çox Azərbaycan Yazıçılar Birliyini sədri Anar və yazıçı İsa Hüseynova sualları olub: Aydın Bağırov (525-ci qəzet), Qan Turalı-(Bizim yol) yazıçı Anar, Qulu Məhərrəmli (AZ.TV) Rüstəm İbrahimbəyov, Akif Aşırlı (Şərq) və Oqtay Qorçu İsa Hüseynov, Səbinə Mövsümova (Paritet) Zəlimxan Yaqub, Təranə Məhərrəmova (Kaspi) Rüstəm İbrahimbəyov.
Həmkarlarımızdan Əli Zülfüqaroğlu (Həftəiçi) Rəmiş, Aqşin (Alma) Fəxrəddin Manafov, Qvami Məhəbbətoğlu (Zaman) Fuad Poladovdan müsahibə almaq istəyiblər. “Alma” qəzetinin əməkdaşı Günel Mövlud üçün maraqlı müsahib Şeyxülislam Hacı Allahşükür Paşazadə olub. Mətbuat Şurasının sədri Əflatun Amaşov üçün Hacı Hacılı, “Media forum” saytının əməkdaşları Azər Qaraçənli və Hikmət Sabiroğlu üçün ən maraqlı müsahib isə keçmiş “Qlavlitin” keçmiş başçısı Cahangir İldırımzadə olub. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu isə 1948-ci ildə Ermənistandan deportasiya olunub, aran rayonlarında yerləşdirilən qaçqınların birindən müsahibə götürmək arzusunu bildirib./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR